“Nə istəyirsiniz məndən?” - Şəfiqə Məmmədova suallardan qaçdı

“Nə istəyirsiniz məndən?” - Şəfiqə Məmmədova suallardan qaçdı
Sosial 353

Bu gün sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanan Nəsimi rayonundakı parklanma yerinin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradıldığı məlum olub.

Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata görə, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb.

BAKU.WS xəbər verir ki, "modern.az"-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün ittifaqın sədri Şəfiqə Məmmədova ilə əlaqə saxlayıb.

Ş.Məmmədova illərdir jurnalistlərə qarşı sərgilədiyi laqeyd münasibəti bu dəfə də qorumağı bacarıb.

Əməkdaşımızın qanunsuz parklanma barədə suallarını dinləmədən kobud cavab verən Xalq artisti, “Mən məşğulam, nə istəyirsiniz məndən, hər şeyi bilirəm, sakit olun", - deyib və telefonun dəstəyini asıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər