Nazirlər Kabinetindən məktəblərlə bağlı qərar
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən hansı məsafədən yaxın yerləşdirilməsinə yol verilməməsi haqqında qərar qəbul edib.
BAKU.WS-in məlumatına görə, "Reklam haqqında” qanununun tətbiqini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilmir".
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda orta məktəblər üçün yeni ödənişli xidmətlər müəyyənləşdirildi
Azərbaycanda orta məktəblər üçün yeni ödənişli xidmətlər müəyyənləşdirilib. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar "Təhsil müəss...