Nazirlikdən məktəbli formaları ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Növbəti tədris ilindən məktəbli formaları qaydalarda göstərilən standartlara uyğun olacaq.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.
O bildirib ki, ötən il valideynlər artıq uşaqlarına formalar aldıqları üçün məcburi edilməmişdi:
"Formaların olub-olmayacağını məktəblərin pedaqoji şuraları müəyyən edir. Məktəb yığışıb deyə bilər ki, forma istəmirik. Bu, mümkündür. Burada heç bir məcburiyyət olmayacaq".
Oxşar xəbərlər
İmtahanlarda kimlərə güzəşt ediləcək? Onlayn təhsilin qiymətləndirmə müəmması
Pandemiya dövründə təhsil müəssisələrinin fəaliyyəti dayandırılsa da onlayn təhsil davam etdiyindən həm orta, həmçinin də ali təhsildə şagird və tələbələrin bil...