Nazirlik yeni məktəbli formaları ilə bağlı narazılıqlara münasibət bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
Elm və Təhsil Nazirliyi məktəblilər üçün yeni geyim formalarının alınması ilə bağlı valideynlərin narazılıqlarına münasibət bildirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, yeni tədris ilinin sonunadək formaların dəyişdirilməsi məcburi deyil.
Nazirlikdən bildirilib ki, hazırkı geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək istifadə edilə bilər:
“Bu, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarında da yer alıb”.
Xatırladaq ki, sosial şəbəkələrdə bəzi məktəblərdə yeni geyim formasının məcburiliyi barədə məlumatlar yayılıb.
Qeyd edək ki, yeni formaların satışına avqustun 17-dən başlanıb. Bakı Tikiş Evi hər gün təxminən 500-600 yeni məktəbli formasının tikildiyini və bir o qədər də geyimin satıldığını açıqlayıb. Formalar BTE-nin mağazaları ilə yanaşı “Bravo” marketdə də satışa çıxarılır. Yeni formaların istehsalına gec başlandığı üçün tədris ilinin başlanmasına qədər geyimlərin çatdırmaqda çətinliklər yaranıb. Bu səbəbdən bu il yuxarı siniflər üçün məktəbli formaları tikilməyəcək. Bu il Bakı Tikiş Evi yalnız ibtidai sinifləri təmin etmək gücündədir.
Hazırda Bakı Tikiş Evinin qarşısında və məktəbli forması satılan “Bravo” mağazalarının önündə uzun növbə yaranıb.
Oxşar xəbərlər
Məktəbli formaları bu tarixdə SATIŞA ÇIXARILIR
Yeni dərs ilinin başlanmasına təxminən bir aylıq müddət qalıb. Artıq valideynlər məktəbə gedəcək övladları üçün yeni məktəbli formaları almağa hazırlaşır. Əvvəl...