Nazirlik: Polkovnik-leytenantın təqaüdündən hər ay 300 manat tutulacaq

Nazirlik: Polkovnik-leytenantın təqaüdündən hər ay 300 manat tutulacaq
Sosial 2521
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ehtiyatda olan polkovnik-leytenant Nadir Tağıyevin təqaüdündən hər ay qeyri-qanuni olaraq 500 manat tutulması ilə bağlı mətbuatda yayılan şikayətini araşdırıb.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, araşdırma nəticəsində müəyyən olunub ki, Nadir Fərman oğlu Tağıyev 2003-cü ildə Dövlət Sərhəd Xidmətindən təqaüdə çıxıb.“Eyni zamanda adıçəkilən şəxsə Milli Təhlükəsizlik Nazirliyindən gələn məlumat vərəqəsinə əsasən, 12 may 2013-cü il tarixində ikinci əmək pensiyası təyin olunub, qanunun tələblərinə zidd olaraq ona ikili pensiya gedib və dövlət büdcəsindən artıq vəsait ödənilib.Bu ikili pensiya faktı 31 mart 2016-cı il tarixində aşkarlanıb və DSX-nin sabiq əməkdaşı kimi aldığı əmək pensiyası dayandırılıb. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə uyğun olaraq, 12.05.2013-31.03.2016-cı il tarixləri arasındakı dövr ərzində ona artıq ödənilən 36649,13 manat pul vəsaiti öz razılığı ilə (ərizəsi əsasında) aylıq 300 manat olmaqla 31 iyul 2026-cı il tarixinədək tutulacaq. Həmin vəsaitin 12300 manatı artıq tutularaq geri ödənilib, qalan 24349,13 manat vəsaitin tutulması yuxarıda qeyd edilən tarixədək davam etdiriləcək” – nazirlikdən bildirilib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezidentdən pensiyalarla bağlı VACİB QƏRAR

Prezidentdən pensiyalarla bağlı VACİB QƏRAR

Azərbaycan Prezidenti İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.BAKU.WS xəbər verir ki, bu dəyişiklik 2006-cı...

21197 İqtisadiyyat 10:47 22 dekabr 2018

Son xəbərlər