Nazirlik növbəti dəfə XƏBƏRDARLIQ ETDİ: "Hər zəngi açmayın"
"Bank kartlarına müdaxilə hallarının artdığı bir dövrdə hər bir vətəndaş daha ehtiyatlı olmalıdır".
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
DİN bununla bağlı növbəti dəfə çağırış edib, vətəndaşları sadə təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Məlumatda aşağıdakılar vurğulanır:
- Hər zəngi açmayın. Naməlum nömrələrdən edilən zənglər çox vaxt dələduzluq məqsədi daşıyır.
- Hər SMS-ə cavab verməyin. "Bonus qazandınız", "Hesabınız bloklanıb", "Təcili ödəniş edin" kimi mesajlar tələ ola bilər.
- Hər linkə daxil olmayın. Saxta saytlar kart məlumatlarınızı ələ keçirmək üçün hazırlanır.
- Şəxsi məlumatları paylaşmayın. PIN, CVV, 16 rəqəmli kart nömrəsi və SMS kodlar yalnız sizə məxsusdur.
"Sizə zəng edən heç bir bank əməkdaşı şəxsi kart məlumatlarınızı istəmir. Şübhəli hal gördükdə dərhal bankınıza və polisə məlumat verin", - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Bakının bu ərazilərində qaz olmayacaq
Sabah Bakının Yasamal rayonunun bir hissəsində qaz olmayacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. "Təmir-bərpa işləri...