Nazirlik məşhur klinikada yoxlama keçirdi: Lisenziyası olmadığı üzə çıxdı
Səhiyyə Nazirliyi Bakıda fəaliyyət göstərən "Premium Clinic"də plandankənar yoxlama keçirib.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, özəl klinikada yoxlama keçirilən zaman lisenziyadankənar (ginekoloji iş, stasionar) və sertifikatsız tibb fəaliyyətinin təşkil olunması aşkar edilib.
Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinin tələblərini pozduğu üçün klinika barədə inzibati protokol tərtib edərək Nəsimi Rayon Məhkəməsinə göndərib.
Məhkəmənin qərarına əsasən, "Premium Clinic" 6 000 manat məbləğində cərimələnib.
Qeyd edək ki, "Premium Clinic"in təsisçi direktoru Mübariz Nağıyevdir. Sözügedən klinika oktyabr ayında oraya müalicə üçün yollanan qadının ölümü ilə gündəmə gəlmişdi.
Oxşar xəbərlər
Şagirdlər bullinqə məruz qalarsa nə etmək lazımdır? - Psixoloq cavab verdi
Son dövlər bir çox məktəblərdə bullinqlə (təzyiq və zorakılıqla) məruz qalma halları çoxlaıb. Belə hallar baş verərkən mütləq şəkildə həmin şagirdlərin mütəxəss...