Nazirlik korrupsiya faktlarının aşkar edildiyi bu şöbədə kadr dəyişikliyi aparıb

Nazirlik korrupsiya faktlarının aşkar edildiyi bu şöbədə kadr dəyişikliyi aparıb
Sosial 201

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon Şöbəsində bəzi yerdəyişmələr edib.

BAKU.WS-in bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, aparılan yerdəyişmələr çərçivəsində DSMF-nin Nizami rayon Şöbəsinin bir neçə əməkdaşı Kəpəz rayonuna göndərilib.

Həmçinin bəzi işçilər DMSF-nin Kəpəz rayon şöbəsindən Nizami rayonuna təyinat alıb.

Ən diqqət çəkən məqamlardan biri budur ki, təyinetmə zamanı da müəyyən yer dəyişmələr olub. Belə ki, vaxtı ilə pensiya təyinatı sektorunda, ünvanlı sosial yardımların və sığorta təyinatı sektorunda çalışanlar fəqli vəzifələrdə işlə təmin ediliblər.

Hətta bəzi işçiləri ştatdan kənarlaşdırılıb. Onlar 3 ay ərzində yenidən imtahan verəcəklər. Ştatdan kənar işçilər əsasən orta ixtisas təhsili olan şəxslərdir.

Məlumat üçün bildirək ki, bir müəddət öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən DSMF-nin Kəpəz rayon Şöbəsinin bir neçə sabiq əməkdaşı barəsində cinayət işi açılıb.

Onlar arasında həbs olunanlarda var.

Nazirlik korrupsiya faktlarının aşkar edildiyi bu şöbədə kadr dəyişikliyi aparıb

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident nazir Sahil Babayevi qəbul edib

Prezident nazir Sahil Babayevi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...

13649 Sosial 16:25 16 mart 2020

Son xəbərlər