Nazirlik hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

Nazirlik hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
Sosial 464

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və qurumları 17-19 fevral tarixlərində respublika ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

BAKU.WS Nazirliyə istinadən xəbər verir ki, tabeli qurumlara xidmətlərin fasiləsizliyinin təmin edilməsi üçün əlavə zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib.

Bura məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili üzrə müvafiq tədbirlərin görülməsi daxildir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər