Nazirliyin sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Ədliyyə Nazirliyinin sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon icra şöbələrindən birində icra məmuru işləmiş Novruzov Ayxan Nəsrulla oğlu rüşvət almaqda və dələduzluqda ittiham edilir.
A.Novruzov barəsindəki qanunsuzluqlar haqda daxil olmuş məlumatlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Baş İdarəsində araşdırılıb.
Ona qarşı rüşvət alma və dələduzluq maddələri ilə yekun ittiham elan edilib, barəsində məhkəməyə qədər ev dustaqlığı qətimkan tədbiri seçilib.
Yaxın günlərdə iş üzrə məhkəmə araşdırmasının başlayacağı gözlənilir.
Qeyd edək ki, A. Novruzov 2022-ci ilədək Ədliyyə Nazirliyində işləyib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...