Nazirlik: “190 manat birdəfəlik ödəmə ilə bağlı bu ödəməni almış şəxslərin təkrar müraciətinə ehtiyac yoxdur”

Nazirlik: “190 manat birdəfəlik ödəmə ilə bağlı bu ödəməni almış şəxslərin təkrar müraciətinə ehtiyac yoxdur”
Sosial 342

“Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmə cari ilin ötən dövründə bu ödəməni almış şəxslərə təsdiq edilmiş qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra ödənəcək”.

BAKU.WS xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən bildirilib.

Qeyd edilib ki, ödəməni almaq üçün həmin vətəndaşların təkrar müraciətinə ehtiyac yoxdur.

Ödəmə birdəfəlik şəkildə həyata keçiriləcək və banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək. Vəsait köçürüldükdən sonra bu barədə vətəndaşlara sms vasitəsilə rəsmi bildiriş göndəriləcək.

Bu növbəti birdəfəlik ödəmə proqramının 600 minə yaxın şəxsi əhatə edəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, bu ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı 600 min şəxsə, sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü və 5-ci dəfə birdəfəlik ödəmələr verilib.

Ümumilikdə cari ildə 190 manat birdəfəlik ödəmələrin verilməsi üçün 350 milyon manatdan artıq vəsait sərf olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

190 manatın verilməsilə bağlı RƏSMİ AÇIQLAMA

190 manatın verilməsilə bağlı RƏSMİ AÇIQLAMA

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti sosial dəstək tədbirinin icrasına başlanır. Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu...

1728 Sosial 15:43 06 noyabr 2020

Son xəbərlər