Nazirin müşaviri: "Könül istəyər ki, təhsil haqqı daha ucuz olsun"

Nazirin müşaviri: Könül istəyər ki, təhsil haqqı daha ucuz olsun
Sosial 72

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Azərbaycanda ali təhsilin baha olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

BAKU.WS-in report-a istinadən məlumatına görə, müşavir “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı bildirib ki, bəzən ölkədə ali təhsil almağın baha başa gəldiyi, yaxud təhsil haqlarının yüksək olduğunu deyir və azaltmağın zəruriliyini söyləyirlər.

"Əlbəttə, könül istəyər ki, qiymətlər daha ucuz olsun və tələbələr daha ucuz qiymətə təhsil ala bilsinlər. Lakin daha ucuz qiymətə daha yaxşı təhsil almaq kifayət qədər çətin məsələdir. Çünki təhsil bahalıdır və ciddi maliyyə təminatı olmalıdır. Burada maliyyənin artırılmasından danışanda həmin vəsaitin doğru istiqamətlərə yönləndirilməsi məsələsi də diqqətə alınmalıdır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər