Nazirdən qırmızı diplomu olan şəxslərə güzəştlərin edilməsi ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Qırmızı diplomu olan şəxslərə müəyyən güzəştlərin olması təklifi haqlıdır".
BAKU.WS xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
O, bununla yanaşı güzəştlərin nədən ibarət olmasının vacibliyini söyləyib.
E.Əmrullayev bildirib ki, Elm və Təhsil Nazirliyi bu məsələdə güzəşt edən yox, sənəd verən tərəfdir: "Biz güzəşti etmirik, onu işə götürən, bazar müəyyən edir. Lakin dünyada artıq diplomlardan, kağızlardan çox bilik rol oynayır.
Güzəşt doğru və dürüst olmalıdır. Misal olaraq, 10 il əvvəl qırmızı diplom almışam və bu gün müsabiqədə iştirak etməməyim düzgün deyil, çünki bilik fərqlidir.
Qırmızı diplom bilik və bacarığın əksidirsə, haqlıdır. Yox, sadəcə rəngdirsə, o zaman güzəşt edilməsi düzgün deyil".
Oxşar xəbərlər
Ali məktəblərə müsabiqə şərtləri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) 2021-2022-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə tələbə qəbulunun şərtlərini açıqlayıb. DİM-dən BAKU.WS-ə verilən məlumata g...