Nazir təhsil haqqını ödəyə bilməyən tələbələrdən danışdı

Nazir təhsil haqqını ödəyə bilməyən tələbələrdən danışdı
Sosial 365

"Bizim müəyyən sayda, əksəriyyət olmayan tələbəmizin ödəmə problemi var. Birinci növbədə bu problemin həll yolu ali təhsil müəssisələri ilə ümumi uzlaşmadadır. Bu mövzuyla bağlı səlahiyyətlər və imkanlar məsələsi var. Hər hansı formada buna fərdi qaydada baxmaq daha uyğundur, nəinki ümumilikdə".

BAKU.WS xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib

Nazir əlavə edib ki, kiminsə bu pulun bir hissəsini ödəmək imkanı olur, kiminsə ümumilikdə ödəmək imkanı olmur: "Digər məsələ bu il yeni başlayıb. Bu il ərzində təhsil kreditləri ilə bağlı həm hökumət, həm də parlament arasında faydalı əməkdaşlığın nəticəsi olaraq təhsil kreditlərinin təqdim edilməsi haqqında planlar var".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər