Nazir tanınmış alay komandirinin vəzifəsini kiçiltdi - FOTO
Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.
BAKU.WS manşet.az-a istinadən bildirir ki, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı alayının komandiri polkovnik-leytenant Məhəmməd Xəlilli tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə o daha aşağı vəzifəyə - FHN-nin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinə komandir müavini təyin edilib.
Qeyd edək ki, Məhəmməd Xəlilli FHN-nin tanınmış zabitlərindən biri hesab olunur. O, Türkiyədə baş vermiş meşə yanğınları zamanı xüsusi peşəkarlığı ilə fərqlənmişdi.
Qalereya
Oxşar xəbərlər
Bu gün İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür
Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, polkovnik İlqar Mirzəyevin şəhid olmasının ildönümüdür. BAKU.WS xəbər verir ki, 2020-ci il iyulun 12-16-da baş ver...