Nazir şagirdin döyülməsinə görə internat məktəbinin direktoru və müavinini cəzalandırıb
19
mar
2021
15:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində müəllimin şagirdi döyməsi məsələsi araşdırılıb.
BAKU.WS-in məlumatına görə, Təhsil Nazirliyindən “report”un sorğusuna cavab olaraq bildirilib ki, təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə internat məktəbinin direktor müavini işdən azad olunub.
Bundan başqa, direktora töhmət verilib.
Qeyd edək ki, şagirdi döydüyü bildirilən 55 yaşlı Q.Qasımov adlı müəllimlə bağlı Nərimanov rayon 16-cı Polis Bölməsində araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...