Nazir müavini: "Son 4 ildə şəhid ailələri və müharibə əlillərinə 12 mindən çox mənzil verilib"

Nazir müavini: Son 4 ildə şəhid ailələri və müharibə əlillərinə 12 mindən çox mənzil verilib
Sosial 50

"Son 4 ildə şəhid ailələri və müharibə əlillərinə 12 500-dən çox mənzil və ya fərdi ev verilib".

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev "Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış, mükafatlar" mövzusunda keçirilən brifinqdə çıxışı zamanı deyib.

Nazir müavininin sözlərinə görə, həmin müddətdə 1 450-dək, 7 400 müharibə əlili isə minik avtomobili ilə təmin edilib.

A.Əliyev bildirib ki, 2018-2021-ci illərdə əmək müqavilələrinin sayında 30 faiz və ya 400 minə yaxın, illik əməkhaqqı fondunda 2 dəfədən çox artım baş verib:

"Son 4 ildə və bu ilin ilk rübündə 44 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...

5668 Sosial 18:28 08 fevral 2022

Son xəbərlər