Nazir: “Məktəb direktorunun haqqı yoxdur ki, forma tələb etsin”
Yeniliklərdən dərhal xəbərdar olun
"Məktəbli formasının mahiyyəti budur ki, hamı bərabər olsun".
BAKU.WS xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, forma ilə dərsə gəlməyən şagirdin məktəbə buraxılmayacağı doğru deyil:
“Şagirdin ürəyi istədiyi paltarda da məktəbə gəlməsi yaxşı fikir deyil. Direktorun isə məktəblini hansısa forma geyinməyə məcbur etmək səlahiyyəti də yoxdur. Qaydanın mahiyyəti odur ki, şagirdlər arasında fərq olmasın. Forma olanda kimsə özünün varlı olmasını məktəbdə göstərə bilmir. Amma kimsə də məktəbə formada gəlmirsə, Nazirlik gedib onu məktəbdə yoxlamayacaq, yaxud əksinə direktorun da ixtiyarı yoxdur ki, şagirdi hansısa forma geyinməyə məcbur etsin”.
Oxşar xəbərlər
İmtahanlarda kimlərə güzəşt ediləcək? Onlayn təhsilin qiymətləndirmə müəmması
Pandemiya dövründə təhsil müəssisələrinin fəaliyyəti dayandırılsa da onlayn təhsil davam etdiyindən həm orta, həmçinin də ali təhsildə şagird və tələbələrin bil...