Nazilə Səfərli: "30 yaşa çatıb iş-güc sahibi ola bilməyənlərin evlənməyi boşanmağa çox yaxındır"

"Kəndimizdə 90 yaşlı nənə var idi. Boyu 1.50 olardı. Ucaboy həyat yoldaşı var idi. Düşündüm ki, sevgi bunları bir araya gətirib. Məgər vergi gətiribmiş. O dövrlərin qanununa görə, qız 20 yaşına çatanda hər ay dövlətə cərimə ödəməli imiş. Ona görə də onlar kim gəldi ərə gedirmiş".
BAKU.WS xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında şairə Nazilə Səfərli qeyd edib.
Daha sonra o, fikirlərinə belə davam edib:
"İndi həmin qanunun yenidən tətbiq edilməyi müzakirə edilir. Yaş həddi də artıq 30-dur. Xahiş edirəm, bu qanun qüvvəyə minəndə vergi verin. Kim gəldi evlənməyin. 30 yaşa çatıb iş-güc sahibi ola bilməyənlərin evlənməyi boşanmağa çox yaxındır".

Oxşar xəbərlər
Nazilə Səfərlidən nazirə: “Üzr istəyirəm, məni məhkəməyə verməyin” - FOTO
Tanınmış şairə Nazilə Səfərli ölkəmizdə repetitor xidmətinin ləğvi ilə bağlı müzakirələrə qoşulub. BAKU.WS xəbər verir ki, şairə bu barədə öz instaqram hesabınd...