Naxçıvanda tarixi abidədə bərpa işləri aparılacaq - MƏBLƏĞ AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Ordubad şəhərində yerləşən "Mədrəsə" adlı tarix-memarlıq abidəsinin bərpasına hazırlaşır.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bu məqsədlə layihə-smeta sənədlərinin hazırlanması üçün tender elan olunub.
Tarixi binanın bərpası çərçivəsində interyerin (daxili hissənin) dizaynı, konstruksiyanın möhkəmləndirilməsi və yenidən qurulması, geologiya işləri, abadlaşdırma və landşaft işləri, həmçinin müayinə aktları və 3D vizual eskizlərin hazırlanması nəzərdə tutulur.
Bu işlər üçün ayrılmış ehtimal olunan ümumi məbləğ 182.807,53 manatdır.
Layihənin məqsədi Ordubad şəhərindəki qədim memarlıq nümunəsini qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaqdır.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...