Naxçıvanda elektrik enerjisinin verilişində fasilə yaranacaq

Naxçıvan şəhərinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə BAKU.WS- ə Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib.
Bildirilib ki, 110/35/10 kilovoltluq "Naxçıvan" yarımstansiyasından qidalanan 10 kilovoltluq 12 nömrəli xətt aparılan cari təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.
"Təmir işləri ilə əlaqədər 15.12.2024-cü il tarixində saat 11:00-dan 12:00-dək Heydər Əliyev prospekti: bina 22 ,24, 26, 30, Nizami küçəsi: bina 34,38,40 və bu küçələrin yaxınlığında yerləşən iaşə obyektlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Oxu.Az xəbər saytı 12 yaşını qeyd edir
Oxu.Az xəbər saytı 12 yaşını qeyd edir. Sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb. Bu gün Oxu.Az ölkənin ən böyük media ailəsinin - "Global Media Group" m...
