Naxçıvanda dəmir yollarının yenidən qurulmasına başlanılıb
05
dek
2025
10:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Dəmir Yolları" QSC Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulmasına başlayıb.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.
"Zəngəzur dəhlizinin Naxçıvan hissəsini təşkil edən dəmir yollarının ümumi uzunluğu 188 kilometrdir. Bununla bağlı layihələndirmə işləri artıq başa çatıb. Yeni dəmir yollarının inşasının nə vaxt bitəcəyi isə bilinmir. Çünki onun bir çox komponentləri var", - deyə sədr qeyd edib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...