Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi fermerlərdən hədə-qorxu yolu ilə rüşvət tələb edib?

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi fermerlərdən hədə-qorxu yolu ilə rüşvət tələb edib?
Sosial 36

Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının fermerlərdən hədə-qorxu yolu ilə rüşvət aldığı iddia edilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Gündəlik Naxçıvan"a fermerlər məlumat verib.

Fermerlərin sözlərinə görə, mal-heyvan bazarlarına, iaşə obyektlərinə və digər satış yerlərinə məhsul çıxaran fermerlər hədəf nöqtəsidir:

"Günün 24 saatı bazara məhsul aparan fermerlərdən pul tələb olunur. Bunun qarşılığında guya laboratoriya baxışından keçid kağızı verirlər. Pul verməyənlərə də "məhsul yararsızdır" aktı yazıb, cərimələyirlər".

Məsələ ilə bağlı Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlanıb.

Cavabda deyilir:

"Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) olaraq son günlər bəzi sosial şəbəkələrdə yayılan böhtan xarakterli məlumatlarla bağlı bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli 66 nömrəli Qərarına əsasən ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın hər hansı bir inzibati ərazidən kənara çıxarılmasına yalnız həmin ərazinin dövlət baytarlıq müfəttişi tərəfindən belə yüklərə tərtib edilmiş müvafiq arayış və ya şəhadətnamə verildikdə yol verilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 18.66.1-ci maddəsinə əsasən baytarlıq şəhadətnaməsinin verilməsinə (bir sənəd) - 10 manat məbləğində dövlət rüsumu təyin edilib.

Agentliyin əməkdaşları tərəfindən bu sahədə həyata keçirilən nəzarət tədbirləri mövcud qanunvericiliyə uyğun şəkildə aparılır.

Eyni zamanda, Agentlik bu kimi iddialarla bağlı konkret faktlar təqdim etməyi, qeyri qanuni hesab etdikləri hər hansı hallarla üzləşdikdə +994 (36) 545-28-83 nömrəsinə zəng etməyi və ya rəsmi e-poçt ünvanına ([email protected]) məlumat verməyi vətəndaşlardan xahiş edir".

Son xəbərlər