Naxçıvanda Perinatal Mərkəz yaradılıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib
"Report"un yerli bürosunun məlumatına görə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.
Dəyişikliyə görə “Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” publik hüquqi şəxsin adı dəyişdirilərək “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsi adı ilə əvəz edilib. Eləcə də “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəz” və yeni yaradılan “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.
Həmçinin, Nazirlər Kabinetinin eyni tarixli digər bir qərarı ilə “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda edilmiş dəyişikliyə əsasən publik hüquqi şəxslər üçün vəsaitlərdən istifadə barədə hesabatlar aylıq, rüblük və ilin əvvəlindən artan yekunla iqtisadi təsnifat üzrə təqdim olunduğu halda, artıq rüblük və illik olaraq təqdim olunacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...