Naxçıvanda işləmək istəyənlərin NƏZƏRİNƏ - Vakansiya var

Naxçıvanda işləmək istəyənlərin NƏZƏRİNƏ - Vakansiya var
Sosial 721

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Naxçıvanda çalışmaq üçün işçi axtarır.

BAKU.WS xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

AQTİ qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə çalışmaq istəyən, müvafiq ixtisasa yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir. Namizədlərdən müvafiq sahəyə uyğun ali təhsil və ixtisası üzrə iş təcrübəsi tələb olunur.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərəcək AQTİ laboratoriyasına entomoloq, fitohelmintoloq, herboloq, virusoloq, mikoloq, bakterioloq, molekulyar bioloq, laborant, keyfiyyətə nəzarət üzrə mütəxəssis və kimyaçı vakansiyaları üzrə kadrlara ehtiyac var.

Müvafiq ixtisasa sahib, Naxçıvan MR-da yaşayan, karyera hədəfləri üçün iş imkanlarını dəyərləndirmək, yüksək əmək haqqı təkliflərindən yararlanmaq istəyən namizədlər işə qəbul üçün müraciət edə bilərlər.

İşə qəbul müsahibə əsasında aparılacaq. Göstərilən tələblərə cavab verən şəxslər CV-lərini mövzu yerinə "AQTİ – Naxçıvan" yazaraq hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilib müsahibəyə dəvət olunacaqlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"

AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...

311 Sosial 18:18 13 dekabr 2022

Son xəbərlər