Naxçıvan Universitetində görün hansı məhdudiyyət ləğv edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Naxçıvan Universitetində Elmi Şuranın növbədənkənar iclası keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə "tehsil.biz"ə universitetdən məlumat verilib.
Bildirilib ki, rektor, dos. Anar Kazımov iclası açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Gündəlikdəki ilk məsələ tələbələr üçün forma məhdudiyyətinin aradan qaldırılması olub.
A.Kazımov bildirib ki, “Naxçıvan” Universitetinin tələbələri universitetin nizam qaydalarına uyğun olaraq dərsə sərbəst şəkildə geyinib gələ bilərlər.
Rektor qeyd edib ki, forma məhdudiyyətinin aradan qaldırılması tələbələrin sorğusu əsasında həyata keçirilib.
Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilib.
Oxşar xəbərlər
İmtahanlarda kimlərə güzəşt ediləcək? Onlayn təhsilin qiymətləndirmə müəmması
Pandemiya dövründə təhsil müəssisələrinin fəaliyyəti dayandırılsa da onlayn təhsil davam etdiyindən həm orta, həmçinin də ali təhsildə şagird və tələbələrin bil...