"NASA Space Apps Challenge" tədbiri Bakıda Yusuf Kərimli və gənc komandası ilə birlikdə böyük uğurla keçirilib

NASA Space Apps Challenge tədbiri Bakıda Yusuf Kərimli və gənc komandası ilə birlikdə böyük uğurla keçirilib
Foto
Sosial 34

Oktyabr ayının 5-6 tarixlərində Bakıda "NASA Space Apps Challenge" tədbiri Yusuf Kərimli və gənc komandası ilə birlikdə böyük uğurla keçirilib.

NASA Space Apps dünyanın 185 ölkəsini əhatə edən və 60 mindən çox şagird və tələbənin iştirak etdiyi qlobal miqyaslı müsabiqədir. NASA-nın qarşıya qoyduğu problemlərdən birini həll etmək üçün iştirakçılara müxtəlif sahələrdən istedadlı insanlarla üz-üzə gəlib, bu mövzuları onlarla birgə araşdırma imkanı yaradır. Iştirakçılar NASA və onun Kosmik Agentlik Tərəfdaşlarının təqdim etdiyi məlumatlardan istifadə edərək Yer üzündə və kosmosda görülən problemlərə açıq mənbəli həllər tapmaq məqsədi ilə bu müsabiqəyə qatıldılar. Müsabiqə eyni zamanda əməkdaşlığa, yaradıcılığa və tənqidi düşüncəyə ilham verdi. Yeni nəsil alimlərin, texnoloqların, dizaynerlərin, mühəndislərin inkişafına və ölkəmizdə gənclərin bu sahəyə olan marağını artırdı

2019-cu ildən etibarən hər il Bakıda keçirilən bu tədbirin digərlərindən əsas fərqi təşkilatçılarının gənclər və uşaqlardan ibarət olmasıdır.

Bu ilki tədbir gənc təşkilatçı, eyni zamanda Uşaqlarımıza Öyrədək gənclər cəmiyyətinin qurucusu Yusuf Kərimlinin ev sahibliyi ilə baş tutdu və

Landau School, Azərbaycan Dövlət Kosmik Agentliyi, AZE Service, ERP Systems Siemens partner, New Zeon Digital Hub kimi yerli təşkilatların dəstəyi və nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə keçirildi.

Rəsmilər ERP Systems şirkəti, Rəqəmsal Inkişaf və Nəqliyyat nazirliyi, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin tabeliyində 4cü Sənaye Inqilabın təhlili və koordinasiya mərkəzi, eləcə də Azərcosmos-dan tədbirdə müvəffəqiyyətlə iştirak etmişdirlər.

Tədbirdə iştirak edən 75 iştirakçıdan ibarət 16 komandaların layihələri təqdim olunub Global NASA Space Apps mərhələsinə keçib və "AAVRDEK," "The Chronograph," və "Avant-Garde" komandaları uğurla Bakı hakatonunda, ilk 3 yeri tutub.

Yusuf Kərimli və onun gənclər komandası, bundan sonra da gənclərə yol açıb Azərbaycanda ilk gənc panelləri ilə fərqlənən Beynəlxalq Aerokosmik Mühəndislik və Rəqəmsal İnnovasiyalar Forumunu (İAEDİF"25) 2025-ci ilin fevral ayın 8-i keçirəcəklər.

Son xəbərlər