Naringinin qabığının gizli təhlükəsi: Dietoloq xəbərdarlıq etdi

Naringinin qabığının gizli təhlükəsi: Dietoloq xəbərdarlıq etdi
Sosial 128

Böyük Britaniyada nəşr olunan Daily Mirror qəzetinin məlumatına görə, naringi və digər sitrus meyvələrinin qabığı sağlamlıq üçün təhlükə yarada bilər.

BAKU.WS xəbər verir ki, dietoloq Cenni Çişe bildirib ki, meyvələrin xarici görünüşünü qorumaq və kifin əmələ gəlməsinin qarşısını almaq üçün onların qabığı çox vaxt kimyəvi maddələrlə – imazalil və tiabendazol ilə işlənir. Bu maddələr kənd təsərrüfatında məhsulları göbələk xəstəliklərindən qorumaq məqsədilə istifadə olunur.

Mütəxəssisin sözlərinə görə, imazalil və tiabendazol qaraciyərə və endokrin sistemə təsir göstərə, digər kimyəvi maddələr – fludioksonil və pirimetanil isə dəridə qıcıqlanma, maddələr mübadiləsi və sinir sistemi pozğunluqları yarada bilər.

Çişe qeyd edib ki, az miqdarda qalıq maddələr sağlamlıq üçün təhlükə yaratmasa da, onların orqanizmdə toplanması arzuolunmaz nəticələrə səbəb ola bilər. Ən böyük risk isə qabığın birbaşa yeyilməsi və ya yeməklərdə istifadə olunması zamanı yaranır.

Mütəxəssis sitrus meyvələrini yeməzdən əvvəl yaxşıca yumağı, qabığından istifadə ediləcəksə, onu sabun və fırça ilə təmizləməyi tövsiyə edib.

Son xəbərlər