Muzdlu işçilərin ən yüksək və ən aşağı əməkhaqqı aldığı sahələr açıqlanıb
Cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə muzdlu işçilərin ortaaylıq nominal əməkhaqqı 1 087.7 manat təşkil edib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, ölkədə iqtisadi sahələr üzrə ən yüksək və ən aşağı ortaaylıq əməkhaqqı arasında təxminən 10 dəfə fərq mövcuddur.
Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb. Bu sahədə çalışanların ortaaylıq əməkhaqqı 3 min 675.2 manat olub. Mədənçıxarma sənayesinin tərkibində xüsusilə "mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi" bölməsində əməkhaqqı 4 min 529.8 manat-a qədər yüksəlib.
Maliyyə və sığorta fəaliyyəti sahəsində ortaaylıq əməkhaqqı 2 min 918.4 manat təşkil edib.
Ölkədə ən aşağı əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində olub - 684 manat.
Qeyd edək ki, emal sənayesində ortaaylıq əməkhaqqı 987.9 manat olsa da, bu sahəyə aid olan geyim istehsalında ortaaylıq əməkhaqqı 470.8 manat təşkil edib ki, bu, göstərici ən aşağı ortaylıq əməkhaqqıdır.
Oxşar xəbərlər
Lənkəranda iki körpü yenidən inşa edilir
M-3 Ələt–Astara–İran ilə dövlət sərhədi avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində istismar müddətini başa vurmuş iki körpünün yenidən inşas...