Muxtar Babayev Millətlər Birliyinin nümayəndələri ilə COP29-a hazırlığı müzakirə edib
Ekologiya və təbi sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev videobağlantı vasitəsilə Millətlər Birliyinin konfransında iştirak edib. Konfransda inkişaf etməkdə olan kiçik ada ölkələrinin üzləşdiyi iqlim problemləri müzakirə olunub.
BAKU.WS xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində deyilir.
"COP29 Sədrliyi Birlik ölkələri ilə birgə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) iqlim müzakirələrinin mərkəzində olması üzərində işləyir. Birlik ölkələrinin hökumət başçılarının iclasında çıxış edən M.Babayev SIDS-in COP29-da iştirakında Azərbaycanın maraqlı olduğunu təsdiqləyib. Bu təşəbbüslər COP29 Sədrliyinin iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrin səsinin eşidilməsini təmin etmək öhdəliyinə sadiqliyini əks etdirir", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Sakinlərin işini asanlaşdıran elektron su portalı təqdim edildi
Su şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların və maraqlı tərəflərin məlumatlandırılması tədbiri keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatl...