Müşfiqabad Kollektor Layihəsinə 237 milyon manat xərclənəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Müşfiqabad Kollektor Layihəsinin icra müddəti 3 il nəzərdə tutulub.
BAKU.WS xəbər verir ki, bunu "Tikilməkdə Olan Obyektlərin Müdriyyəti" publik hüquqi şəxsin (TOOM) Bakı və Abşeron üzrə tikinti sektorunun müdiri İman Rzayev Müşfiqabad kollektr layihəsi ilə bağlı görülən işlərdən danışarkən deyib.
Bundan başqa sədr bildirib ki, layihənin maliyyə dəyəri ümumilikdə 237 milyon manatdır:
"Layihənin maliyyə dəyəri Su təmizləyici qurğu üzrə 102 milyon manat, kollektr isə 135 milyon manat dəyərindədir. Dövlət tərəfindən maliyyələşdirilir".
Qeyd edək ki, tikilməkdə olan kollektor Xırdalan, Aşağı Güzdək, Masazır, 28 May qəsəbəsi və Müşfiq qəsəbələrini əhatə edəcək.
Banu Hüseynli
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...