Müşfiq Ötgün: "Din əxlaq, mənəviyyat deməkdir, indi bu unudulub"
"Din əxlaq deməkdir, mənəviyyat deməkdir, indi bu unudulub".
BAKU.WS xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin "Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti" adlı panel sessiyasında iştirak edən Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, "Amin" verilişinin aparıcısı, filosof Müşfiq Ötgün deyib.
Müşfiq Ötgün onu da vurğulayıb ki, mənəvi dəyərlərimizi sadalamaqla kütləyə heç bir təsir edə bilmirik:
"Soruşun gənclərdən, onlar bilmir niyə avtobusda qalxıb böyüyə yer vermək lazımdır. Bilmirlər böyüyə niyə hörmət etməlidirlər. Bunun mənası nədir?".
Qeyd edək ki, tədbir Global Media Group Holdinq və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı reallaşır.
Zöhrə Pənahi
Oxşar xəbərlər
Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Torpaq Məcəlləsində, Mülki Məcəllədə və "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunda dəyişiklik...