Musa Quliyev: Gələn il pensiyalar 11 % artacaq

Musa Quliyev: Gələn il pensiyalar 11 % artacaq
Sosial 1

Gələn il pensiyalar 11 % artacaq.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Sədr bildirib ki, cari və növbəti illərdə də orta aylıq pensiyanın, orta aylıq əməkhaqqıya nisbəti müvafiq olaraq, 46,8% və 49,3 % olmaqla Avropa sosial xartiyasının tələblərinə cavab verəcək: “Pensiyaçıların sosial rifahının qorunması məqsədilə əmək pensiyaçılarına verilən maddi yardımlar pensiyaların tərkibinə daxil edilərək indeksləşdirilib. Növbəti ildən 3 yaşına kimi uşağa qulluğa, hamilələrə və s. 181,6 milyon manat vəsait nəzərdə tutulub".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər