Multimedia "28 May"-"Cəfər Cabbarlı" metrostansiyaları arasında yeni piyada tunelində qazıntı işlərinə başlanılıb

Multimedia 28 May-Cəfər Cabbarlı metrostansiyaları arasında yeni piyada tunelində qazıntı işlərinə başlanılıb
Sosial 55

Bakı metrosunun "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında əlavə piyada tunelinin inşasına start verilib.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, mövcud piyada keçidinin analoji nümunəsi platformanın digər tərəfində də inşa ediləcək.

"Hazırda həmin tunelin qazıntı işləri icra olunur. Bu keçid gələcəkdə sərnişin axınının daha rahat və təhlükəsiz təşkilinə xidmət edəcək və xətlərin ayrılması layihəsinin tərkib hissəsidir", - deyə B. Məmmədov qeyd edib.

O əlavə edib ki, "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında xətlərin fiziki ayrılması layihəsi üzrə növbəti mərhələyə başlanılıb. Mətbuat katibinin sözlərinə görə, bu layihə paytaxtda nəqliyyat infrastrukturunun yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

"Hər iki stansiya yaxınlığında yerləşən hazırlıq şaxtalarında işlər tam başa çatdırılıb və artıq tunel səviyyəsinə enilib. Hazırda xətlərin fiziki olaraq ayrılması üçün hazırlıq mərhələsi icra olunur. İşlər ərazinin geoloji xüsusiyyətləri nəzərə alınmaqla xüsusi inşaat qaydaları əsasında aparılacaq və təhlükəsizlik baxımından etibarlı üsullar seçilib", - deyə o bildirib.

Qeyd edilib ki, xətlərin fiziki ayrılması prosesinin ümumilikdə 11 ay davam etməsi gözlənilir.

Son xəbərlər