Mühafizəçisi döyülən binanın sakinləri: "Üç maşını var, başqasının haqqına girir"
Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında insident qeydə alınıb. Məlumata görə, bina sakini şlaqbaumun gec qalxması və avtomobilin həyətə gec buraxılması səbəbindən 66 yaşlı mühafizəçiyə xəsarətlər yetirib.
Baku TV-nin məlumatına görə, qonşular hadisəni belə izah edirlər: "Bu, artıq ikinci dəfədir baş verir. Bir neçə ay əvvəl də bu şəxs şlaqbaumu sındıraraq həyətə girmişdi. Ağsaqqalın heç bir günahı yox idi. Kənar maşınların həyətə daxil olmaması üçün sakinlərlə girişə şlaqbaum qoymuşuq. Aramızda aldığımız qərara əsasən, hər kəs həyətdə yalnız iki maşın saxlaya bilər. Lakin bu şəxsin üç və daha çox maşını var və istəyir ki, bütün maşınlarını qeydiyyata saldırsın".
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Onun barəsində hüquqi məsuliyyət tədbirləri görülür və araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
İçərişəhərdə ağıllı monitorinq və təhlükəsizlik sistemləri tətbiq ediləcək
İçərişəhərdə sakinlər və turistlər üçün vahid rəqəmsal xidmət sistemi yaradılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarixi-Mema...