Müəllimlərin işə qəbulu və sertifikatlaşdırma sistemləri ilə bağlı YENİLİK
Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi müəllimlərin işə qəbulu, yerdəyişməsi, sertifikatlaşdırılması və direktorların işə qəbulu proseslərində istifadə olunan elektron sistemlərin modernləşdirilməsi ilə bağlı müsabiqə elan edib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, layihənin ehtimal olunan dəyəri 589 min 463 manat təşkil edir.
Layihə çərçivəsində Müəllimlərin İşə Qəbulu (MİQ), direktorların işə qəbulu, yerdəyişmə, qarşılıqlı yerdəyişmə, sertifikatlaşdırma və vakansiya sistemlərinin yenilənməsi nəzərdə tutulur. Eyni zamanda bu platformaların müasir standartlara uyğunlaşdırılması, funksional imkanlarının genişləndirilməsi və optimallaşdırılması planlaşdırılır.
Bundan əlavə, müəllimlərin işə qəbulu sistemi üzrə yeni ödəniş modulunun yaradılması, imtahan sisteminin təkmilləşdirilməsi, eləcə də müsabiqələr zamanı vakansiya və imtahan platformalarına texniki dəstək xidmətlərinin göstərilməsi də satınalma predmetinə daxildir.
Qeyd edək ki, məqsəd müəllimlərin və təhsil rəhbərlərinin seçimi ilə bağlı elektron xidmətlərin daha dayanıqlı, sürətli və istifadəçi yönümlü şəkildə fəaliyyət göstərməsini təmin etməkdir.
Oxşar xəbərlər
Prezidentin köməkçisi: "Pambıqçılıqda yeni dəstək mexanizmləri tətbiq olunacaq"
Azərbaycanda pambıqçılıqda yeni dəstək mexanizmləri tətbiq olunacaq. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezidentin Adminis...