MTK-lar daxili krediti niyə azaldıblar?
Əvvəllər mənzil bazarında geniş yayılmış daxili kreditlə satış imkanları demək olar ki, azalıb. Bir çox Mənzil-Tikinti Kooperativləri 4-5 illik, hətta faizsiz daxili ödəniş şərtləri ilə mənzil təklif edirdilər. Son vaxtlarda isə buna az rast gəlinir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Şaiq Əliyevin sözlərinə görə, daxili kreditlərin azalmasının əsas səbəblərindən biri Bakıda tikintinin əvvəlki illərlə müqayisədə xeyli zəifləməsidir.
Ekspert bildirib ki, tikintinin azalması daxili kreditlə satışlara da birbaşa təsir göstərib. Nəticədə, bazarda tələbin də zəifləmiş olduğu müşahidə olunur.
Şaiq Əliyev vurğulayıb ki, tikinti sahəsində canlanma və daxili kredit imkanlarının bərpası mənzil bazarında tələbi yenidən artıra bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olanların yaxınları Aktauya getdi
Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olan heyət üzvlərinin yaxınları Aktau şəhərinə gedib....