Mot Azərbaycanda konsert verəcək - FOTO/VİDEO

Mot Azərbaycanda konsert verəcək - FOTO/VİDEO
Video
Sosial 86

Rusiyalı reper Mot (Matvey Aleksandroviç Melnikov) Azərbaycana gələcək.

BAKU.WS xəbər verir ki, sənətçi paytaxta təşrif buyuraraq Bakı İdman Sarayında pərəstişkarları qarşısında çıxış edəcək.

Reperin konserti dekabrın 4-də saat 20-00-da start götürəcək və 2 saat davam edəcək.

Konsert zamanı Mot sevilən hitlərini səsləndirəcək. Onlar arasında "Şamanı", "Solo", "Na dne", "Malaya", "Lyudi", "Кapkan", "Коvçeq", "Belıe noçi" kimi sinqllar var.

Reperi görmək istəyənlər minimum 60 AZN, maksimum 140 AZN-lərindən keçməlidirlər.

Xatırladaq ki, 34 yaşlı Mot karyerasına 2008-ci ildə başlayıb. O bir çox müsabiqələrdə iştirak edib.

O 2011-ci ilin yanvarında "Remote" adlı albomu ilə debüt edib. Alboma 12 rep daxildir.

Biletləri aşağıdakı linkə keçid edərək əldə edə bilərsiniz:

https://iticket.az/events/concerts/mot-bsp-/120453

Oxşar xəbərlər

Son xəbərlər