Moskva Dövlət Universitetinin Bakı filialı İŞÇİ AXTARIR

Moskva Dövlət Universitetinin Bakı filialı İŞÇİ AXTARIR
Sosial 0

Moskva Dövlət Universitetinin Bakı filialı Baş texnik axtarır.

BAKU.WS-in məlumatına görə, iş barədə məlumatlar aşağıdakılardan ibarətdir:

Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;

Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;

İstehsalatın texniki hazırlığını təmin etmək və ehtiyac olduğu təqdirdə təmir üçün siyahı tutulmasında iştirak etmək;

İdman zalı və ərazidə köməkçi binalara təhkim olunmuş texniki heyətin işinə nəzarət etmək;

İdman zalının və ərazidə köməkçi binaların təmizliyini, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin etmək;

İdman zalına gələn əməkdaşlar və tələbələr üçün cədvəl, qrafik və başqa texniki sənədləri tərtib etmək;

Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər vermək, onların tətbiqinə kömək etmək.

İş qrafiki : 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

• Ərazi: Xocasən qəsəbəsi

Namizədə aid tələblər:

• Təhsil : Ali (mühəndis, texnik və ya oxşar sahələr üzrə)

• Yaş : 25 – 50

Dil biliyi : Azərbaycan və rus dili (vacibdir)

Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi məktubun mövzusuna müraciət edəcəyiniz vəzifənin adını qeyd etməklə hr@msu.az mail ünvanına 15.11.2023-cü il tarixinədək göndərə bilərsiniz.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər