Mobil tətbiqlər fotolarınızı bu halda İZLƏYƏ BİLƏR - TƏHLÜKƏ
İstifadə etdiyimiz mobil tətbiqlərin bir çoxu görünməyən şəkildə fərdi məlumatlarımıza çıxış əldə edə bilir. Bəzən bir kliklə razılaşdığımız şərtlər, əslində cihazımızdakı həssas məlumatların paylaşılmasına yol açır. Bu isə həm məxfiliyə, həm də kibertəhlükəsizliyə ciddi təsir edə bilər.
Mövzu ilə bağlı BAKU.WS-ə danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib:
"Əslində, müasir mobil tətbiqlərin çoxu yalnız istifadəçinin razılığı əsasında müəyyən məlumatlara çıxış əldə edə bilər. Lakin razılıq üçün təqdim olunan "şərtlər və qaydalar" çox vaxt uzun və texniki olduğu üçün istifadəçilər düşünmədən razılaşır. Bu zaman tətbiqlər cihazın yerləşmə məlumatı, kontaktlar, foto qalereya, mikrofon və kamera kimi sahələrə çıxış əldə edə bilir.
Ekspert bildirir ki, bəzən bu icazələr fon rejimində də aktiv qalır:
"Bu da məxfilik və kibertəhlükəsizlik baxımından ciddi risklər doğurur. İstifadəçilər parametrlərdən icazələri vaxtaşırı yoxlamalı və tətbiqlərə yalnız zəruri məlumatları təqdim etməlidirlər".
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Azərbaycanda içməli su təchizatı xidmətlərinə görə ən yaxşı və ən pis regionlar açıqlanıb
Azərbaycanda təhlükəsiz içməli su təchizatı xidmətlərindən istifadə edən əhalinin xüsusi çəkisi 38.5 faiz təşkil edir. BAKU.WS xəbər verir ki, bu göstərici şəhə...