MN rəhbərliyi Tovuz döyüşlərində canlarını fəda edənləri andı - FOTO

MN rəhbərliyi Tovuz döyüşlərində canlarını fəda edənləri andı - FOTO
Foto
Sosial 82

Müdafiə Nazirliyinin rəhbərliyi Tovuz döyüşlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub.

Sonra 2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən canlarını fəda etmiş şəhidlərimizin, eləcə də burada uyuyan bütün şəhidlərin məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.

Tovuz döyüşlərinin ildönümünə həsr olunan silsilə tədbirlər davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda Ramazan ayının başlayacağı tarix AÇIQLANDI

Azərbaycanda Ramazan ayının başlayacağı tarix AÇIQLANDI

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının növbəti iclası keçirilib. QMİ-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, QMİ-nin sədri Şeyx...

3682 Sosial 15:13 09 aprel 2021

Son xəbərlər