Mingəçevir-Xankəndi-Laçın və Gəncə-Xankəndi-Şuşa marşrut xətləri istifadəyə verilib

Mingəçevir-Xankəndi-Laçın və Gəncə-Xankəndi-Şuşa marşrut xətləri istifadəyə verilib
Foto
Sosial 57

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Mingəçevir-Xankəndi-Laçın və Gəncə-Xankəndi-Şuşa marşrut xətləri üzrə sərnişin daşımalarına başlayıb.

BAKU.WS bu barədə AYNA-ya istinadən xəbər verir. 

Bundan başqa, məlumata görə, 2024-cü ilin sentyabr ayından 2025-ci ilin 25 fevralına qədər Xankəndi-Bərdə və Bakı-Xankəndi-Laçın müntəzəm şəhərlərarası reysləri vasitəsilə 1 270 reys üzrə 11 682 sərnişin daşınıb.

İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu və məskunlaşma planlarına əsasən mərhələli qaydada digər müntəzəm şəhərlərarası marşrut xətlərinin təşkili də nəzərdə tutulur.

Hazırda işğaldan azad olunmuş ərazilərə vətəndaş səfərlərinin təşkili üçün kifayət qədər marşrut və avtobuslar mövcuddur və daşımalar sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Bununla yanaşı, vətəndaşların işğaldan azad olunmuş ərazilərə üç istiqamət üzrə – Şuşa, Laçın və Suqovuşana fərdi nəqliyyat vasitələri ilə də səfər etmək imkanı vardır.

2022-ci ilin yanvar ayından ölkə vətəndaşlarının işğaldan azad edilmiş əraziləri ziyarət etməsi məqsədilə 5 istiqamət olmaqla, Bakı – Şuşa – Bakı, Bakı – Ağdam – Bakı, Bakı – Füzuli Bakı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli, Bərdə – Ağdam – Bərdə reysləri fəaliyyətə başlayıb. Sözügedən reyslər üzrə vətəndaşlar "yolumuzqarabaga.az" portalı üzərindən bilet əldə edərək işğaldan azad edilmiş əraziləri müəyyən edilmiş saatlarda ziyarət ediblər. 

Oxşar xəbərlər

Son xəbərlər