Mina Hüseyndən Murad Dadaşova irad: Son qəpiyimə qədər... - FOTO,VİDEO
Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətini öz istəyilə tərk edən Mina Hüseyn aparıcı tərəfindən hörmətsizliklə qarşılanıb.
BAKU.WS xəbər verir ki, aktrisa-müğənni bu barədə sosial şəbəkədə yazıb:
"İsmayıl Bağırov tərəfindən Murad Dadaşovun ad günü münasibətilə "Maşın şou"nun efirinə dəvət olunmuşdum. Hədiyyə alıb aparmışdım. Bəlkə də son qəpiyimə qədər xərc çəkmişdim. Şəxsən özü aldığım hədiyyəni geri qaytardı, üstəlik efir zamanı bir dəfə də olsun mənim adımı çəkmədi. Sağ olsunlar, bəlkə onlar özlərini belə hərəkətlərlə özlərini dəyərli hiss edirlər, bilmirəm...
Dostlar, "Maşın şou" və digər sms yarısmalarının öz qanunları var və mən o qanunlardan birini istifadə edərək, şounu öz istəyimlə tərk etmişəm. Bu, bu mənim təbli haqqımdı. İnsanlar mənə dəstək olublar. Allah hər birinizdən razı olsun! Mən şounu məğlub olaraq tərk etmədim. Yarışmanı məhz sizin dəstəyinizlə maşını da qazanmış kimi varam.
Xahiş edirəm, seçimimə hörmətlə yanaşasınız və bu hərəkəti edən tək mən olmamışam. Əsas odur, "Maşın şou" tarixində simamı itirmədim. Dünya malı dünyada qalır.
Murad Dadaşov, Allah hər kəsin ürəyinə görə versin... Hörmətli olasınız..."
BAKU.WSOxşar xəbərlər
Rekord sayda səs toplayan Xosedən hamının ürəyincə olan QƏRAR
Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin növbəti efir günü baş tutub. BAKU.WS-in məlumatına görə, “Hind kinosu” adlanan yarı...