Əli Mirəliyevin "Maşın"dan sonra ilk açıqlaması: Bəzi insanlar elə bilirlər ki... - VİDEO

Əli Mirəliyevin Maşından sonra ilk açıqlaması: Bəzi insanlar elə bilirlər ki... - VİDEO
Video
Sosial 1096
Ölkənin ən bahalı və ən reytinqli şousu - “Maşın” şounun 16-cı sürəti davam edir.BAKU.WS-in məlumatına görə, Xalq artisti Murad Dadaşovun “Xanımlar və Cənablar-2” adı altında təqdim etdiyi realiti şounu dünən Əli Mirəliyev tərk edib.Müğənni "Maşın"dan çıxdıqdan sonra bu açıqlamanı verib: "Sağ olsun Murad, bu şouda mənim görünməyən tərəflərimi də göstərdi. Minnətdaram ona. Bəzi insanlar elə bilirlər ki, şou-biznesə gəldinsə, villa, maşın almaq üçün nə gəldi oxumaq olar. İnsan həyatda məqsədyönlü olmalıdır. Maşın-villa məqsəd olmalı deyil. Mən səhər yenə ARB-dəyəm, yenə efirdəyəm, yenə sözlərimi deyəcəm. Heç bir dəyişiklik olmayıb, əvvəlki Əliyəm. Guya o dəmir parçası mənə qismət olsaydı,məgər dəyişəcəkdim. Hirslənməmişəm. Öz fikrimdə qalıram, yaşasın mənim Azərbaycan musiqim"! Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər