"Maşın"da pərdə arxası görüntülər: İştirakçının halı pisləşdi - VİDEO

Maşında pərdə arxası görüntülər: İştirakçının halı pisləşdi  - VİDEO
Video
Sosial 2149
Ölkənin ən bahalı və ən reytinqli şousu - “Maşın” şounun “Xanımlar və Cənablar-2” adı altında yayımlanan 16-cı sürəti davam edir.BAKU.WS-in məlumatına görə, xalq artisti Murad Dadaşovun təqdim etdiyi şouda hər gün gərgin anlar yaşanır. Dünənki efirdə iştirakçılardan birinin - müğənni Rahidə Baxışovanın vəziyyəti pisləşib. İfaçı bir müddət dözüm nümayiş etdirsə də, sonda huşunu itirib. Təcili tibbi yardım göstərildikdən sonra Rahidə Baxşın vəziyyəti stabilləşib. Əməkdar artist Abbas Bağırov "Maşın" şounun bu dəfəki sürətinin daha qızğın keçdiyini etiraf edib: "Bundan əncəki 3 sürətdə mən hələ belə şey görməmişdim. İlk dəfədir özümü burada iştirak edən oyunçu kimi hiss edirəm". "ATV Səhər" proqramında yayımlanan görüntüləri təqdim edirik: Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər