Milli Konservatoriyanın prorektoru vəzifəsindən azad edilib - Yeni TƏYİNAT
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Milli Konservatoriyasında kadr dəyişikliyi olub.
BAKU.WS Apa-ya istinadən xəbər verir ki, Milli Konservatoriyanın tədris işləri üzrə prorektoru, tarzən, professor Malik Quliyev vəzifəsindən azad edilib.
Milli Konservatoriyadan faktı təsdiqləyiblər.
Eyni zamanda, əldə etdiyimiz xəbərə görə, Nizami Əsədov Milli Konservatoriyanın tədris işləri üzrə prorektor vəzifəsinə təyinat alıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı təsdiqləyib.
Qeyd edək ki, o, bu təyinata qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...