Milli Hidrometeorologiya Xidməti 1 milyon manata stansiyalar quraşdıracaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti avtomat meteoroloji stansiyaların alınmasını həyata keçirəcək.
BAKU.WS-in məlumatına görə, layihənin ehtimal olunan qiyməti 998 834,91 manat təşkil edəcək.
Belə ki, layihə çərçivəsində ümumilikdə müxtəlif növ 33 ədəd meteoroloji sensorun alınması və quraşdırılması planlaşdırılır.
Məqsəd ölkədə meteoroloji müşahidələrin dəqiqliyini artırmaq, hava proqnozlarını daha operativ və etibarlı etmək, həmçinin erkən xəbərdarlıq sistemlərini gücləndirməkdir.
Yeni avtomat stansiyalar vasitəsilə külək, temperatur, rütubət, günəş radiasiyası, buludluluq və atmosfer təzyiqi kimi əsas göstəricilər real vaxt rejimində izlənəcək. Bu isə həm kənd təsərrüfatı, həm aviasiya, həm də fövqəladə hallar sahəsində risklərin azaldılmasına xidmət edəcək.
Oxşar xəbərlər
Azərbaycanda bu universitet üçün yeni avtobillər ALINACAQ
Naxçıvan Dövlət Universiteti xidməti avtonəqliyyat vasitələri satın alacaq. BAKU.WS-in məlumatına görə, layihənin ehtimal olunan qiyməti 376 965 manat təşkil ed...