Mikayıl Cabbarovun yeni vəzifə verdiyi şəxs kimdir? - DOSYE - FOTO

Mikayıl Cabbarovun yeni vəzifə verdiyi şəxs kimdir? - DOSYE - FOTO
Foto
Sosial 329

İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Osman Xaliyev Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.

BAKU.WS yeni sədrin bioqrafiyasını təqdim edir:

Osman Xaliyev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.

O, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini “İqtisadi kibernetika” ixtisası üzrə bitirib. 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində “İdarəetmənin informasiya texnologiyası” üzrə magistratura pilləsini bitirib.

Daha sonra, 2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb.

Ardınca, 2010-2011-ci illərdə Access Bank QSC-də əməliyyatlar üzrə mütəxəssis, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib.

2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb.

2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib. 2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri təyin olunub.

2021-ci ilin iyun ayının 1-dən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib.

2022-ci il noyabrın 15-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Oxşar xəbərlər

Son xəbərlər