Mikayıl Cabbarov: "Tənzimləyici qurumlar bazar iştirakçısı funksiyası yerinə yetirdiyi təqdirdə, bu, sistemli risk yaradan məqam ola bilər"
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi hallarda tənzimləyici qurumların nəzarət funksiyası ilə yanaşı, eyni zamanda bazar iştirakçısı rolunu da daşıması, iqtisadi mühitdə rəqabət prinsiplərinə ziddiyyət yarada və sistemli risklərə səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanda rəqabət siyasətinin tənzimlənməsi təkcə dövlət qurumlarının deyil, ümumilikdə cəmiyyətin maraqlarına xidmət edir:
"Bu məsələni həm sahəvi qurumların, həm də hər birimizin - vətəndaşların və iqtisadi iştirakçıların - ekosistem kimi qəbul etməsi vacibdir. Ona görə də iqtisadi davranışımız da bu prinsiplərə uyğun formalaşmalıdır".
M. Cabbarov əlavə edib ki, bəzi hallarda sahəvi qurumların rəqabət siyasətinə dair yanaşmaları daha üstün ola bilər və bu, onların peşəkarlığı ilə bağlıdır:
"Bu, təbiidir və belə də olmalıdır. Lakin təhlükə ondan ibarətdir ki, sahəvi qurum eyni zamanda həm tənzimləyici, həm də bazar iştirakçısı funksiyasını yerinə yetirdiyi təqdirdə, bu, sistemli risk yaradan məqam ola bilər".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...