MİDA Sarayda 3 milyona yeni uşaq bağçası TİKƏCƏK
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunun Saray qəsəbəsində yeni uşaq bağçasının tikintisi planlaşdırılır.
BAKU.WS-in məlumatına görə, "MİDA" MMC tərəfindən 4,5 hektar ərazidə 80 yerlik, iki mərtəbədən ibarət uşaq bağçasının inşası nəzərdə tutulur.
Layihənin ehtimal olunan dəyəri 3 milyon 17 min manat təşkil edir. Müsabiqə sənədlərinə görə, tikinti işləri çərçivəsində ilk növbədə ərazidə geniş torpaq-qazıntı işləri aparılacaq.
Qeyd edək ki, layihənin həyata keçirilməsi Saray qəsəbəsində məktəbəqədər təhsil infrastrukturunun genişləndirilməsinə və uşaqların bağça xidmətlərinə çıxış imkanlarının artırılmasına xidmət edəcək.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...